AZ

Hyundai 51 mindən çox avtomobili geri çağırır

ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) çərşənbə günü yaydığı açıqlamada Hyundai Motor-un ABŞ üzrə 51 min 587 avtomobili geri çağırdığını bildirib.

Marja xəbər verir ki. açıqlamaya görə, lampaların işləməməsinə səbəb ola bilən kabel dəstinin səhv quraşdırılması qısaqapanma riskini artırır və bu vəziyyət avtomobildə yanğına səbəb ola biləcək təhlükəsizlik problemi yaradır.

NHTSA, geri çağırma çərçivəsində təmir prosesi tamamlanana qədər avtomobil sahiblərinə mühüm xəbərdarlıq edib. Belə ki, yanğın riskini azaltmaq məqsədilə avtomobillərin qapalı məkanlarda deyil, açıq ərazidə və tikililərdən uzaqda park edilməsi tövsiyə olunur.

Pulsuz təmir

Açıqlamada qeyd olunub ki, geri çağırma çərçivəsində səlahiyyətli dilerlər qoşqu kabel dəstini pulsuz olaraq dəyişdirəcəklər. Təmir işlərinin avtomobil təhlükəsizliyinin təmin edilməsi məqsədilə ən qısa müddətdə həyata keçiriləcəyi vurğulanıb.

Seçilən
53
3
marja.az

4Mənbələr