Azərbaycan II Liqasının ən yaxşı bombardirləri müəyyənləşib.
Msport.az xəbər verir ki, ölkə çemionatının üçüncü səviyyəli dəstəsi uzun fasilədən sonra 2023-cü ildə bərpa olunub.
PFL bayrağı altında həmin vaxtdan keçirilməyə başlayan və II Liqa adlanan yarışda 3-cü mövsümün ilk hissəsi başa çatıb.
Cavid İmamverdiyev yarışın II Liqa adlandığı dövrdə ən çox qol vurub. Üç mövsümü üç fərqli klubda – “Kür-Araz”, “Quba” və “Sheki City”də oynayan futbolçu 65 qola imza atıb.
“Şahdağ Qusar” və “Xankəndi”də 57 dəfə fərqlənən Tural Qurbatov ikincidir. Liderlərdən fərqli üç deyil, iki mövsümü II Liqada keçirən Elvin Nəsibov da 50 qol səddini arxada qoyub. “Füzuli”, “Cəbrayıl” və “Şəfa”da oynamış futbolçu 51 dəfə fərqlənib.
Ümumilikdə isə 14 oyunçu 20 və daha çox qol vurub.
- Cavid İmamverdiyev – 65
- Tural Qurbatov – 57
- Elvin Nəsibov – 51
- Vidadi Cəfərov – 49
- Elxan Məmmədov – 36
- Elariz Xəlilli – 32
- Famil Camalov – 30
8-9. Valeh Seyidov – 27
Tofiq Nəsibov – 27
- Amil Yunanov – 26
- Ramazan Abbasov – 24
12-13. Vüqar Əşrəfli, Röyal Nəcəfov – 23
- Ülvi Quliyev – 21
Qeyd edək ki, ötən əsrin 90-cı illərində bu turnir ikinci dəstə adlanıb və siyahıda nəzərə alınmayıb.