AZ

​“Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlanıldı

“Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlanılıb.Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qrant müsabiqəsinin qalibi Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki: “Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlayıb.

Layihənin müddəti 3 ayı əhatə edir. Hazırda layihə ilə bağlı ilkin olaraq icra planına uyğun təşkilatı işlər görülür. Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir.

Seçilən
20
7
metbuat.az

9Mənbələr