AZ

Tailandın "F-16" qırıcıları Kamboca ərazisinə zərbələr endirib

Tailandın "F-16" qırıcı təyyarələri yerli vaxtla saat 10:00-da Kambocanın şimal-qərbindəki Battambanq əyalətinin Banan rayonuna altı bomba atıb.

Xezerxeber.az xəbər verir ki, “Khmer Times” qəzeti bu barədə Kambocanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Nəşr, həmçinin Tailandın artilleriya və hava zərbələri nəticəsində sərhədyanı bölgələrdə 111 fərdi evin, beş məktəbin, üç tibb mərkəzinin və digər infrastruktur obyektlərinin zərər gördüyünü bildirib.

Xatırladaq ki, dekabrın 7-də Tailand-Kamboca sərhədində silahlı toqquşmalar başlayıb. Dekabrın 9-da Tailand Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları Oddar-Miençey əyalətinin inzibati mərkəzi Samrounq şəhərini bombalayıb. Kamboca ordusu isə döyüşlər zamanı Tailand ərazisinə "BM-21" raketləri atıb və kamikadze dronlarından istifadə edib.

Seçilən
13
2
xezerxeber.az

3Mənbələr