AZ

“Pirotexniki vasitələr nəinki səs-küyə, yanğınlara da səbəb olur”

“Pirotexniki vasitələrə qarşı Daxili İşlər Nazirliyinin apardığı işi dəstəkləyirəm. Bütün əhali, o cümlədən müəllimlər, valideynlər də bu işə dəstək verməlidir. Bu hardasa satılırsa, mütləq hüquq-mühafizə orqanlarına xəbər vermək lazımdır ki, bu anormal işin qarşısını alaq”.

Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

“Mənim bu qısa olmayan ömrümdə pirotexniki vasitənin evdə yanğına səbəb olduğunu şahidi olmuşam. Ev tamamilə yandı. Eləcə də bir neçə il öncə yuxarı mərtədən aşağı mərtəbəyə atılan pirotexniki vasitə gənc qızın açını yandırmışdı. Bu çox anormal vəziyyətdir. Bu vasitələr şəhərdə təkcə səs-küyə yox, yanğınlara da səbəb olur. Çox təəssüflər olsun ki, bu vasitələri ölkəyə müxtəlif yollarla gətirən insanlar mövcuddur. Aldığımız məlumatlara görə bu vasitələrin əsas satış yeri “Sədərək” bazarıdır və Azərbaycandan bunun kökünü kəsmək lazımdır. Əlbəttə, bu vasitələrdən istifadə edən insanların düşünürəm ki, şüuru o qədər də yüksək deyil. Ona görə də pirotexniki vasitələrə qarşı ciddi mübarizənin aparılması çox vacibdir”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Seçilən
24
adalet.az

1Mənbələr