Azərbaycan yığmasının sabiq futbolçusu Cavid Hüseynovun fəaliyyətini “Neftçi”də davam etdirəcəyi deyilir.

Offsideplus.az xəbər verir ki, veteran futbolçunun köməkçi məşqçi vəzifəsinə dəvət aldığı iddia olunur.

“Neftçi”dən sorğumuza cavab olaraq bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirmir.

Qeyd edək ki, Cavid Hüseynov  2023-24-cü illərdə "Turan Tovuz"da Kurban Berdıyevin köməkçisi vəzifəsini yerinə yetirib.