AZ

Qarabağ ın daha bir futbolçusuna Braziliyadan təklif var

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var

"Qarabağ"ın futbolçusu Mateus Silva Braziliya klubunun maraq dairəsindədir.

QOL.az xəbər verir ki, 28 yaşlı müdafiəçiyə "Vitoriya"dan təklif var.

Məlumatı Braziliyanın "Arena Rubre-Neqro" kanalı yayıb. Xəbərdə  A seriyası təmsilçisinin "Qarabağ"la ilkin danışıqlarının olması, lakin hələlik razılıq əldə edilmədiyi bildirilib. Qeyd olunub ki, braziliyalı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsinin olması transfer işini çətinləşdirir. 

Qeyd edək ki, Mateus Silva 2023-cü ilin yayında Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubundan "Qarabağ"a transfer edilib. O, bu mövsüm Ağdam klubunda 23 oyun keçirib və 1 qol vurub.

Xatırladaq ki, Braziliyanın daha bir klubu “Botafoqo” "Qarabağ"ın futbolçusu Pedro Bikalyonu heyətinə cəlb etməyə çalışır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
qol.az

2Mənbələr