ain.az, Marja.az saytına istinadən bildirir.
Bakıda yeni açılmış "Dino Park" etirazları nəzərə alaraq qiymətləri endirib.
Marja.az xəbər verir ki, 20 dekabrda açılan "Dino Park" bilet qiymətini böyüklər üçün 15 manat, uşaqlar üçün 20 manat müəyyən etmişdi.
23 dekabrda "Dino Park" artıq qiymətin uşaqlar və böyüklər üçün cəmi 10 manat olduğunu bəyan edib. Beləliklə, yüksək qiymətlər cəmi 2 gün qüvvədə qala bilib.
Qeyd edək ki, açılışdan sonra sosial mediada yazılan şərhlərdən məlum olur ki, "Dino Park" bir çox insan tərəfindən bəyənilməyib.
İş elanları AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.