AZ

Yeni il üçün hansı bölgələrə səfərlər münasibdir? -Turizm eksperti DANIŞDI

Yeni il bayramı yaxınlaşdıqca vətəndaşların ölkə daxilində istirahətə marağı artmaqdadır. Xüsusilə qış turizmi üçün uyğun bölgələr həm təbiəti, həm də bayram ab-havası ilə diqqət çəkir.

Turizm eksperti Rəhman Quliyev Redaktor.az-a açıqlamasında Yeni il ərəfəsində ən çox seçilən regionlar və qiymət məsələləri ilə bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, Quba-Qusar Yeni il zamanı vətəndaşların ən populyar seçimlərdəndir. Şahdağ Turizm Mərkəzi (xizək, kanat, otellər) üçün qar zəmanəti yüksəkdir. Ailəvi istirahət üçün uyğundur. Bir az baha ola bilər, amma Yeni il üçün çox cazibəlidir.

Ekspertin sözlərinə görə, uyğun yer seçimlərindən danışarkən Şəkini də nümunə gətirmək olar:

"Tarixi və mədəni mühiti, qışda isə çox gözəl və sakit olması ilə seçilir. Qiymətlər Quba, Qusara nisbətən daha münasibdir. Ailəvi istirahət üçün idealdır. Qəbələdə hotellər və əyləncə imkanları çoxdur. Tufandağ xizək mərkəzi "Yeni il" proqramları təşkil edən hotellərlə diqqət çəkir. Komfort və əyləncə axtaranlar üçün yaxşı seçimdir. İsmayıllıda təbiət, dağ havası və sakitlik axtaranlar üçün əla fürsətdir. Lerik-Lənkəran bölgəsində isə qar hər zaman olmasa da, yaşıllıq, fərqli iqlim, çaylar, yerli mətbəx və təbiət diqqətçəkəndir. Qiymətlər nisbətən münasibdir", - deyə müsahibimiz yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Seçilən
17
1
redaktor.az

2Mənbələr