AZ

Qızılın qiyməti yenidən tarixi rekord vurdu – 5 min dollar olacaq?

Dünya bazarlarında qızılın qiyməti növbəti dəfə tarixi maksimumu yeniləyib.
ONN media-nın məlumtına görə, ABŞ-nin "Comex" birjasında keçirilən ticarət sessiyası zamanı qızılın spot qiyməti tarixdə ilk dəfə olaraq 4,5 min dollar həddini keçərək rekord səviyyəyə yüksəlib.
Birja məlumatlarına görə, qızılın bir unsiyasının qiyməti 0,1 faiz artaraq 4 490,56 dollar təşkil edib. Sessiya ərzində isə qiymət daha da yüksələrək rekord 4 525,77 dollara çatıb. Sonradan qızıl fyuçersləri bir qədər geri çəkilsə də, 4 520,6 dollar səviyyəsində qalaraq əvvəlki ticarət gününün yekun qiymətindən 0,3 faiz yüksək olub.
Mütəxəssislər qeyd edirlər ki, qızılın qiymətində müşahidə olunan bu artım ilk növbədə qlobal miqyasda artan geosiyasi gərginliklə bağlıdır. Qeyri-sabitlik fonunda investorlar ənənəvi olaraq qızılı "təhlükəsiz liman" aktiv kimi seçir və bu da tələbin sürətlə artmasına səbəb olur.
Qeyd olunur ki, bir gün əvvəl də qızılın qiyməti 4,5 min dollar həddini aşaraq tarixi rekord müəyyənləşdirmişdi. Artım tendensiyası ardıcıl xarakter daşıyır və bazarda möhkəmlənməkdə davam edir.
Ekspertlər hesab edir ki, dünyada qızıla maraq əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəbi dollar üzərində qurulmuş mövcud qlobal maliyyə sisteminin getdikcə öz effektivliyini itirməsidir. ABŞ dollarının mövqelərinin zəifləməsi qızılın qiymətinin daha da yüksəlməsinə şərait yaradacaq.
Bu fondda bəzi beynəlxalq analitiklər daha iddialı proqnozlar irəli sürürlər. Onların fikrincə, uzunmüddətli perspektivdə qızılın bir unsiyasının qiyməti hətta 5–10 min dollar səviyyəsinə qədər yüksələ bilər.
Ekspertlər vurğulayırlar ki, inflyasiya riskləri, mərkəzi bankların ehtiyat siyasəti və qlobal iqtisadi qeyri-müəyyənlik qızıl bazarında artım meylini yaxın dövrdə də aktual saxlayacaq.
Seçilən
5
2
onn.az

3Mənbələr