AZ

İrakli Kobaxidze Gürcüstanda süni qiymət artımının qarşısını almağa göstəriş verib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tbilisi, 24 dekabr, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ticarət şəbəkələrində süni qiymət artımına qarşını almaq üçün tədbirlər görülməsini tələb edib.

AZƏRTAC xəbər verir ki, hökumət başçısı bununla bağlı parlamentə və hüquq-mühafizə orqanlarına müraciət edib.

İ.Kobaxidze parlamenti və hüquq-mühafizə orqanlarını ölkədə istehlak şəbəkəsindəki qiymətləri araşdırmaq üçün tədbirlər görməyə, lazım gəldikdə isə antiinhisar mexanizmlərindən istifadə etməyə çağırıb. Hökumət başçısı bildirib ki, hakimiyyət distribütor şirkətlər və ticarət şəbəkələri ilə fəal şəkildə əməkdaşlıq etmək niyyətindədir: “Lazım olduqda, müxtəlif ölkələrdə öz effektivliyini sübut etmiş antiinhisar mexanizmlərindən istifadə edəcəyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
2
azertag.az

3Mənbələr