AZ

"Mançester Siti" yeni hücumçu üçün 75 milyon avro xərcləyəcək

İngiltərənin "Bornmut" klubunun futbolçusu Antuan Semenyo "Mançester Siti"yə keçə bilər.

Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu Pep Qvardiola ilə çalışmaq üçün "Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Tottenhem"in təkliflərini geri çevirib.

Mümkün keçidin qış transfer dönəmində 75 milyon avroya başa gələcəyi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə İngiltərə Premyer Liqasında 16 oyunda iştirak edən futbolçu, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.

"Cebheinfo.az"

Seçilən
34
cebheinfo.az

1Mənbələr