Bu il geomaqnit qasırğalarının olduğu günlərin sayı 10 illik maksimumu keçib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ildə 164 belə hal müşahidə olunub. 2005-ci ildə 169 gün geomaqnit qasırğası qeydə alınıb ki, indiki göstəricilər 20 illik maksimuma çatmağa yaxındır.
Alimlərin fikrincə, belə halların artması Günəşdəki çoxlu sayda koronal dəliklə bağlıdır.
"Cebheinfo.az"