AZ

Zelenski ABŞ-də aparılan danışıqların təfərrüatlarını açıqlayıb

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də aparılan danışıqlarzamanı müzakirə olunan Ukraynada münaqişənin nizamlanması planınınbütün bəndlərini açıqlayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Ukrayna liderinin sözlərinə görə, plan ümumilikdə 20 bənddənibarətdir. Onların sırasında NATO-nun kollektiv müdafiə prinsipinitəsbit edən beşinci maddəsinə bənzər şəkildə Ukraynayatəhlükəsizlik zəmanətlərinin verilməsi; Moskva və Kiyev arasındahücum etməmə barədə razılaşma; sülh dövründə Ukrayna SilahlıQüvvələrinin (USQ) sayının 800 min nəfərə çatdırılması; “hamıhamıya” formatında əsir mübadiləsi; Ukraynada seçkilərinkeçirilməsi yer alır.

“Ukrayna müəyyən vaxtda Avropa İttifaqının (Aİ) üzvü olacaq...Bərpa məsələlərinin həlli üçün bir neçə fond yaradılacaq, məqsəd800 milyard dolların cəlb edilməsidir. Ukrayna ABŞ ilə azad ticarətsazişinin bağlanması prosesini sürətləndirəcək və Ukraynanınnüvəsiz statusu təmin olunacaq”, - deyə Zelenski bildirib.

Məqalədə:
Seçilən
37
1
az.trend.az

2Mənbələr