AZ

Suriyalı nazir: Rusiya ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

Suriya və Rusiya arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyur və Dəməşq bütün ölkələrlə balanslı münasibətlər qurmağa çalışır. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani Rusiya xarici işlər naziri Sergey Lavrovla danışığı zamanı bildirib.

O bildirib ki, yeni Suriya bütün dövlətlərlə balanslı münasibətlər qurmağa çalışır.

Əl-Şeybaninin sözlərinə görə, Dəməşq son bir ildə müxtəlif sahələrdə əhəmiyyətli uğurlar qazanıb:

"Son bir ildə əldə etdiyimiz ən vacib uğur Suriyaya qarşı sanksiyaların ləğvi oldu və hazırda onun yenidən qurulması üzərində işləyirik. Həmçinin son bir ildə narkotiklərin yayılmasının qarşısını da ala bilmişik. Hazırda iş yerləri yaratmaq üçün iqtisadiyyata investisiya cəlb etməyə çalışırıq. Bu, həm də ikitərəfli əməkdaşlığımızın mövzularından biridir". 

Gülşən Şərif

Seçilən
16
1
bakivaxti.az

2Mənbələr