ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin mərkəzində güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, dünyəvi dövlət modeli, dini etiqad azadlığı və dövlətin bütün dinlərə bərabər münasibəti Azərbaycanın multikultural harmoniyasını və cəmiyyətin sabitliyini təmin edir.
Forum çərçivəsində keçiriləcək “Qadınların sosial və mənəvi inkişafında dini icmaların rolu” panelinin əhəmiyyətinə toxunan Muradova bildirib ki, qadın cəmiyyətin və ailənin dayağıdır və gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. O əlavə edib ki, qadınların sosial fəallığı ilə mənəvi dayanıqlığı arasında harmoniya olmadıqda həm ailənin, həm də cəmiyyətin inkişafı tam mümkün olmur.
B.Muradova dini icmaların və din xadimlərinin qadınların hüquqlarının qorunması və mənəvi dayanıqlığının gücləndirilməsində rolunu xüsusi vurğulayıb. Dövlət Komitəsi ilə birgə həyata keçirilən təşəbbüslərin ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı və uşaqların sağlam mənəvi mühitdə böyüməsinə yönəldildiyi bildirilib.
Zeynəb Rzayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.