AZ

“Fənərbaxça” prezidentindən kokain açıqlaması

ain.az, Metbuat saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saranın saçından götürülən nümunə nəticəsində onun kokain istifadəçisi olduğu təsbit edilib. Bununla bağlı tibbi arayış İstanbul prokurorluğuna göndərilib.

Metbuat.az xəbər verir ki, klub prezidenti ittihamları rədd edib.

“Mən heç vaxt narkotik istifadəçisi olmamışam. Kokain deyilən o maddəni nəinki dadmışam, heç üzünü də görməmişəm. Ekspertizanın nəticəsi reallığı əks etdirmir”.

Sadettin Saran baş verənlərin özünə və “Fənərbaxça” ailəsinə qarşı təxribat olduğunu bildirib. O, xarici ölkələrdən birində yenidən narkotik testi verəcəyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
metbuat.az

2Mənbələr