AZ

Rusların yarıdan çoxu müharibənin bitməsini istəyir Putini “qəhrəman” hesab edınlər də azalıb +SORĞU

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya hakimiyyəti rusların müharibədən bezdiyini əks etdirən statistika yaymağa başlayıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya mediası Kremlin nəzarətində olan Rusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin (VCIOM) dekabr ayında keçirdiyi sorğunun nəticələrini yayımlayıb.

Sorğudan məlum olub ki, rusların yarıdan çoxu - 55%-i Ukraynadakı müharibənin 2026-cı ildə bitəcəyini və həyatın "normal vəziyyətə qayıdacağını” gözləyir.

Mərkəz qeyd edib ki, qalan şeylər - xarici siyasət, sanksiyalar, iqtisadiyyat, sosial məsələlər rusiyalılar tərəfindən ikinci dərəcəli sayılır. Sorğu 80 bölgədən 1600 respondent arasında telefonla aparılıb. Hər respondentə gələn il ən çox gözlənilən siyasi hadisələrlə bağlı açıq sual verilib.

Sorğu göstərib ki, ruslar Ukraynadakı müharibəyə, onun gedişatına və münaqişənin sülh yolu ilə həlli imkanlarına böyük maraq göstərirlər. Eyni zamanda, ruslar müharibənin "öncədən elan edilən şərtlər” altında bitəcəyini gözləyirlər. Kremlin nəzarətindəki sorğu mərkəzinin açıqladığı rəqəmlərə görə, respondentlərin 79%-i Putinə etibar etdiyini, 74%-i isə onun xarici siyasət fəaliyyətini bəyəndiyini bildirib.

“İlin qəhrəmanı” adına daha çox kimi layiq bildiklərinə dair suala cavab olaraq, ruslar birinci yerə, gözlənilidiyi kimi, Putini layiq görüblər - 22%. SVO – yəni, Ukraynadakı işğalçılıq müharibəsində iştirak edənləri isə rusların yalnız 7 faizi “qəhrəman” sayır. Həmçinin, rusların 4 faizi Sergey Lavrovu və baş nazir Mixail Mişustini, 3 faizi Müdafiə naziri Andrey Belousovu “qəhrəman” hesab edir.

Lakin respondentlərin 50%-i bu suala cavab verməkdə çətinlik çəkib, 8%-i isə bu il ümumiyyətlə, qəhrəman olmadığını bildirib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
azpolitika.info

1Mənbələr