AZ

Şirkətlərin hesablarına tətbiq edilən aylıq limitlə bağlı AÇIQLAMA

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov şirkətlərin hesabdan nağdlaşdırma ilə bağlı aylıq limit tətbiq olunması barədə sahibkarlarn narazılıqlarına aydınlıq gətirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, nağdlaşdırma ilə bağlı limitlər yeni deyil, uzun müddətdir, tətbiq olunur.

YAP-a

“Ümumiyyətlə, dünyanın əksər ölkələrində, xüsusilə, inkişaf etmiş ölkələrdə belə limitlər var. Çünki məqsəd nağdsız hesablaşmaları təşviq etməkdir. Yəni nağdlaşdırmaya edilən limitlər dünya praktikasında tətbiq olunan metoddur. Nəzərə alsaq ki, ödənişlərin böyük əksəriyyəti qeyri-nağdsızdır. Qeyri-nağdsız ödənişləri həyata keçirmək üçün praktik olaraq infrastruktur formalaşıb. Bu baxımdan, əslində sahibkarlar daha çox nağdsız ödənişlərə üstünlük verməlidirlər. Hətta qaimələr belə kağız formasında yox, elektron şəkildə tətbiq olunur. Proses elektronlaşıb. Praktik olaraq nağdsız ödənişlərin həcmi genişlənir. Bütün bunlar sahibkarların daha şəffaf fəaliyyət göstərmələrinə zəmin və imkanlar yaradır. Eyni zamanda bu metod dövlət büdcəsinə daxilolmalara təsir göstərir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 24 Dekabr 2025, 13:16   
Seçilən
21
pravda.az

1Mənbələr