AZ

ABŞ-də ən məşhur siyasətçi odur: Trampı da üstələyir

ABŞ Prezidenti Donald Trampın reytinqi rekord həddə - 36 %-də qalır.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Gallup”un sorğusu göstərib.

 Şirkətin veb saytında sorğunun nəticələri elan edilib: 

"Amerikalıların 36 %-i Donald Trampın iş fəaliyyətini təsdiqləyir. Onlardan respublikaçıların sayı 89 %, müstəqillərin 25 % və demokratların sayı 3 %-dir. Prezidentin reytinqi ötən aydan bəri dəyişməyib, o vaxt ikinci müddətə ən aşağı səviyyəyə düşüb".

Qeyd edək ki, sorğuya görə, ABŞ-də ən populyar siyasi lider Federal Ehtiyat Sisteminin sədri Jerom Povelldir, respondentlərin 44 %-i onu dəstəkləyir. İkinci yeri ABŞ dövlət katibi Marko Rubio (41%) tutur, vitse-prezident J.D. Vans və səhiyyə katibi Kennedi Jr. isə 39 % ilə üçüncü yeri bölüşürlər. Ən az populyar siyasətçi isə Senatın azlıqda qalanlanın lideri Çak Şumerdir. 

Respondentlərin yalnız 28 %-i onu dəstəkləyir. Sorğu göstərir ki, amerikalıların 48 %-i Trampı güclü və qətiyyətli lider hesab edir, 40 %-i isə onun ABŞ-da lazım olan dəyişiklikləri həyata keçirməyə qadir olduğuna inanır. Ən az sayda respondent (30 %) Trampın dürüst və etibarlı olduğuna inanır.

Sorğunun nəticələri göstərir ki, amerikalıların yalnız 24 %-i ölkələrinin getdiyi istiqamətdən razıdır.

Sorğu 1-15 dekabr tarixləri arasında 1016 amerikalı yetkin arasında aparılıb. Səhv ehtimalı 4 faizdir.

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr