AZ

Şəhərin baş yolkasını aşırdıb qaçan sürücü CƏZALANDIRILDI – VİDEO

Qazaxıstanda “Jiquli” ilə drift edən sürücü baş yolkanı aşırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Hadisə yerindən qaçan sürücü tapılıb, ona ağacı bərpa etdiriblər.

Məlumata görə, Qazaxıstanın Sarıağac şəhərində “Jiquli” markalı avtomobilin sürücüsü “üçqat forsaj” filmini xatırladan təhlükəli manevrlər etmək qərarına gəlib.

O, güclü drift etmək istəyərkən idarəetməni itirib və şəhərin baş Yeni il yolkasını vuraraq aşırdıb.

Qarşıdan gələn bayramın əsas simvolunu dağıdan sürücü tələsik hadisə yerindən qaçıb. Lakin o, gizlənə bilməyib, polis əməkdaşları müşahidə kameraları vasitəsilə onu operativ şəkildə tapıblar.

Saxlanılan qayda pozucusuna cəza olaraq aşırdığı ağacı bərpa etdiriblər. Onun “Jiquli”si isə cərimə meydançasına aparılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
interpress.az

1Mənbələr