Samir Abasovun xidmətində daha bir klubun maraqlı olması barədə məlumat əldə etmişik.

Rekord.az xəbər verir ki, söhbət I Liqanın lideri olan "Şəfa" komandasından gedir.

Təbii ki, Abasov I Liqada çalışmayacaq. Bunun üçün "Şəfa" Premyer Liqaya vəsiqə qazanmalıdır. Komanda elitaya çıxacağı halda daha təcrübəli məşqçiyə tapşırılacağı dəqiqdir. Bu məşqçilər arasında ən real namizədin isə məhz Abbasov olduğu deyilir.