Səudiyyə Ərəbistanının Məkkə şəhərində türkiyəli zəvvarları avtobus vurub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş vermiş yol qəzasında 1 Türkiyə vətəndaşı həyatını itirib, 2 nəfər isə yaralanıb.
Türkiyənin Ciddə Baş Konsulluğunun Əlaqə Mərkəzindən verilən yazılı məlumatda, qəza ilə bağlı ətraflı açıqlama verilib.
Açıqlamaya görə, Abidin Dağköy həyatını itirib, Emine Dağköy və Birol Yalçın isə yaralanıb.