AZ

“Ukraynanın Avropa İttifaqına qoşulma tarixi dəqiq göstərilməlidir” - Zelenski

“Təsdiq edilmiş sülh müqaviləsində Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulma tarixi dəqiq göstərilməlidir, çünki Aİ üzvlüyü təhlükəsizliyin təminatlarından biridir”.

Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı deyib.

“Avropa İttifaqına üzvlük həm də təhlükəsizlik zəmanətlərimizin bir hissəsinin əldə edilməsidir və buna görə də bunun nə vaxt baş verəcəyi tarixi müəyyən etmək istəyirik”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna, ABŞ, Rusiya və Avropa arasında müharibənin sona çatması ilə bağlı əsas sənəd layihəsinin 7-ci bəndində Ukraynanın konkret olaraq müəyyən edilmiş vaxtda Avropa İttifaqının üzvü olacağı və Ukraynanın Avropa bazarına qısamüddətli imtiyazlı çıxış əldə edəcəyi nəzərdə tutulur.

Siyasətçi əlavə edib ki, Ukraynanın Aİ-yə qəbul tarixləri hələ Avropa tərəfi ilə razılaşdırılmayıb.

“Biz deyirik ki, Aİ-yə qoşulmaq üçün konkret bir tarix təyin etmək istəyirik, bu, düzgün təhlükəsizlik zəmanətidir və ümumiyyətlə, Amerikanın bunu dəstəklədiyini hiss edirik. Ukrayna məntiqi budur ki, təhlükəsizlik zəmanətləri - və biz Avropa İttifaqına üzvlüyü təhlükəsizlik zəmanəti hesab edirik - hətta bir, iki, üç il sonra qüvvəyə minsə belə - bunlar yenə də məcburi təhlükəsizlik zəmanətləridir”, - deyə Zelenski bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr