AZ

Ermənistanda seçkilərin təxmini tarixi açıqlandı

Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 2-dən 12-dək keçiriləcək və bu aralıqda yeganə Bazar günü 7 iyundur.

KONKRET.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahan Ovakimyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Prezidenti seçki gününü təyin edir. Hələ prezidentin fərmanı yoxdur. Bununla belə, MSK sədri qeyd edib ki, hamı iyunun 7-ni seçki günü hesab edir.

“Əgər Prezident başqa gün, iş gününə seçki qərarı qəbul edərsə, o zaman onun qeyri-iş günü kimi tanınması məsələsi ortaya çıxacaq və tam yeni hüquqi normalar toplusu tələb olunacaq”, – Ovakimyan qeyd edib.

Onun sözlərinə görə, qanun parlament seçkilərinin Bazar günü keçirilməsini nəzərdə tutmur, amma hamı bilir ki, Bazar günü olmalıdır. MSK sədri hər kəsi rəsmi tarixi öyrənmək üçün Ermənistan Respublikasının Prezidenti seçkilərin tarixini təyin edənə qədər gözləməyə çağırıb.

Ermənistanda son parlament seçkiləri 2021-ci il iyunun 20-də keçirilib.

Seçilən
9
2
konkret.az

3Mənbələr