Hurriyyet.az xəbər verir ki, narkotik araşdırmasının bir hissəsi olaraq, Fənərbaxça İdman Klubunun prezidenti Sadettin Saranın Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilən saç nümunəsində kokain aşkarlandı. Hesabat İstanbul Baş Prokurorluğuna göndərildi. Bu arada, Sadettin Saran test nəticəsindən sonra açıqlama verdi. Saran bildirdi ki, "Mən Məhkəmə Tibbi İnstitutunun test nəticələrində müsbət olduğu iddia edilən maddəni həyatımda heç vaxt istifadə etməmişəm. Nəinki istifadə etməmişəm, hətta maddəni yaxından görməmişəm".
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırmasının bir hissəsi olaraq, qan və saç nümunələri götürülən şübhəlilərlə bağlı Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hesabat hazırlanıb.
Lakin onuda qeyd edək ki, Saranın qan, sidik və dırnaq nümunələrinin test nəticələrinin mənfi olduğu aşkarlanıb.
NURAY