AZ

Maduro Trampı qıcıqlandırır: Elə bir dəstək alırıq ki...

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesuela neft tankerlərini ələ keçirməsi səbəbindən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından böyük dəstək aldıqlarını bildirib.

Publika.az xəbər verir ki, Maduro jurnalistlərə açıqlamasında ABŞ-ın bu hərəkətini "piratçılıq" adlandırıb.

"Heç kim Venesuelanı məğlub edə bilməz. Təhlükəsizlik Şurası Venesuelaya sərbəst naviqasiya və ticarət hüququ məsələsində böyük dəstək verir", - o qeyd edib.

Digər tərəfdən, Venesuela xarici işlər naziri İvan Gil sosial media hesabında məsələ ilə bağlı verdiyi açıqlamada ölkəsinin BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ hökumətinin bütün yalanlarını təkzib etdiyini iddia edib.

"Dünyanın heç bir ölkəsi, hətta ABŞ-ın tarixi müttəfiqləri belə, saxta narkotik ticarəti ilə mübarizə bəhanəsi ilə azad və suveren bir milləti tabe etmək üçün güc tətbiqini dəstəkləməyib", - o söyləyib.

Seçilən
29
publika.az

1Mənbələr