AZ

Netfliks bu serialların çəkilişini dayandırdı

Olay.az saytından alınan məlumata görə, ain.az bildirir.

Netfliks platforması “Boots” və “Olympo” seriallarının ikinci mövsümünü çəkməyəcək.

OLAY yazır ki, birinci sezonu böyük maraqla izlənən LGBT mövzulu “Boots” serialı keçmiş ABŞ Dəniz Piyadası Greg Cope Whiteın “The Pink Marine” adlı xatirə kitabı əsasında çəkilib. Səkkiz seriyadan ibarət olan serial cinsi orientasiyasını gizlədən gənc bir kişi Cameron Copeun ən yaxın dostu Ray McAffey ilə birlikdə orduya qoşulmasından bəhs edir. Serial ümumilikdə bəyənilsə də, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sərt reaksiya verib. entaqon Netflix-i “woke təbliğatı” aparmaqda ittiham edən bir açıqlama yayımlayıb. Pentaqonun Mətbuat Katibi Kingsley Wilson serialı “ideoloji gündəmini yaymağa çalışan ‘woke zibilliyi’” adlandırıb.

Wilson açıqlamasında belə deyib:

“Prezident Tramp və Müdafiə naziri Pete Hegseth dövründə ABŞ ordusu döyüşçü ruhunu yenidən bərpa etməyə fokuslanıb. Standartlarımız elit, vahid və gender baxımından neytraldır. Çünki bir bel çantasının və ya insan bədəninin çəkisi insanın kişi, qadın, homoseksual və ya heteroseksual olmasına baxmır.”

 “Olympo” serialının hansı səbəbdən ləğv edilməsi ilə bağlı Netfliks açıqlama verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
olay.az

1Mənbələr