Bakıda Müqəddəs II İoann Pavel katolik kilsəsinin inşasına 2026-cı ilin yazında başlanıla bilər.
Bu barədə "Report"a Azərbaycanda katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete məlumat verib.
Onun sözlərinə görə, layihənin reallaşdırılması tikinti şirkətinin seçim prosesi zamanı bəzi tikinti xüsusiyyətlərinin nəzərə alınması səbəbindən bir qədər uzanıb.
"Elan edilmiş tenderdə layihəni həyata keçirməyə maraq göstərən dörd şirkət iştirak edib. Lakin işlər hələ başlamayıb, çünki ərazinin altından metro xətti keçir. Hazırda mütəxəssislər kilsə binasında metro qatarlarından gələn səs-küyü minimuma endirəcək xüsusi texnologiya işləyib hazırlayırlar. Əgər bütün məsələlər həllini taparsa, əsas tikinti işləri gələn ilin yazında başlaya bilər", - Fekete qeyd edib.