AZ

“Bizdən Biznesə” startap müsabiqəsinin yekunu ilə əlaqədar mərasim keçirilib

Bakı, 25 dekabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “AccessBank” QSC-nin tərəfindən birgə həyata keçirilən “Bizdən Biznesə” startap müsabiqəsinin yekunu ilə əlaqədar mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkədə biznesin inkişafı üçün yaradılan şəraitdən, qəbul olunan qanunlar barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, “Bizdən Biznesə” layihəsinin əsas məqsədi gənclərin mütərəqqi ideyalarının həyata keçməsinə, onların fikirlərinin real biznesə çevrilməsinə yardım etməkdən ibarətdir. Bu layihəni həyata keçirməyə başlayanda çox saylı müraciətlər oldu və onlardan yalnız səmərəliləri seçilərək qiymətləndirilib. Bu layihə həmçinin gənclərin potensialını aşkar etmək, ölkədə biznesin inkişafına töhfə verməkdir.

O.Məmmədov vurğulayıb ki, bu günə kimi 300-dən çox gənc startapçıya maliyyə dəstəyi göstərilib və onların ideyaları həqiqi biznesə çevrilib, bazara çıxıblar.

Sonra “AccessBank” QSC-nin İdarə Heyətinin sədri Davit Tsiklauri çıxış edərək startapçılara və biznesə verilən güzəştli kredit şərtlərindən danışıb. Bildirib ki, müsabiqəyə 500-dən çox layihə təqdim olunub, lakin onlardan yalnız 10 layihə seçilərək qalib elan edilib. Seçilən startapların real biznesə çevrilməsi üçün potensial imkanları var. Onların ideyaları uğurlu və müasir dövrün tələbinə cavab verən məhsul istehsalına yönəlib.

Daha sonra “Bizdən Biznesə” startap müsabiqəsində qalib gələn startapçılar hazırladıqları biznes layihələrini təqdim ediblər.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Seçilən
4
2
azertag.az

3Mənbələr