
Bu ilin yanvar–noyabr aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 365,4 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqlarının ən böyük hissəsi “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.
Belə ki, bu iki şirkət birlikdə 941,1 milyon manat sığorta haqqı toplayıb. Bu da ümumi sığorta bazarının təxminən 69%-nə bərabərdir.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah Həyat Sığorta” şirkəti olub. Şirkət hesabat dövründə 99,2 milyon manat sığorta haqqı toplayıb.
Bu ilin yanvar–noyabr aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları aşağıdakı kimi olub:
“Paşa Həyat Sığorta” – 619,2 milyon manat
“Paşa Sığorta” – 321,9 milyon manat
“Atəşgah Həyat Sığorta” – 99,2 milyon manat
“Atəşgah” – 57 milyon manat
“Qala Sığorta” – 71,1 milyon manat
“Meqa Sığorta” – 30 milyon manat
“Azərbaycan Sənaye Sığorta” – 30,5 milyon manat
“Qala Həyat Sığorta” – 28,7 milyon manat
“Xalq Sığorta” – 23,2 milyon manat
“A-Qroup Sığorta” – 19 milyon manat
“Meqa Həyat Sığorta” – 16,2 milyon manat
“Aqrar Sığorta” – 16,1 milyon manat
“Xalq Həyat Sığorta” – 10,6 milyon manat
“AtaSığorta” – 9,6 milyon manat
“AzSığorta” – 7,6 milyon manat
“İpək Yolu Sığorta” – 5,4 milyon manat
Elnur Əli