AZ

Sadettin Saran narkotik istifadə edirmiş?

“Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın saç nümunələri ilə aparılan və tamamlanan narkotik testi pozitiv çıxıb.

News365.az xəbər verir ki, Saranın qan, sidik və dırnaq nümunələrində isə test nəticələrinin neqativ olduğu müəyyən edilib.

Qeyd edək ki, hesabat İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri üzrə Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hazırlanıb.

Seçilən
18
13
news365.az

10Mənbələr