AZ

“İpək Yolu Sığorta”nın yığımları və ödənişləri azalıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən az sığorta haqqı toplayan və sığorta ödənişi həyata keçirən şirkət “İpək Yolu Sığorta” ASC olub.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 5 milyon 436 min manat sığorta haqqı toplayıb. Bu məbləğdən də 227 min manat sığorta ödənişi yerinə yetirib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ASC-nin topladığı sığorta haqlarının məbləği 10,7%, sığorta ödənişləri isə 8,5 faiz azalıb.

Qeyd edək ki, "İpək Yolu Sığorta" ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Kommersiya qurumlarının dövlət reyestrinə daxil edilən məlumatlardan şirkətin iki dəfə ad dəyişdirdiyi görünür. Əvvəlki adı "AZAL Sığorta" ASC olub. 2011-ci ildən bəri isə "İpək Yolu Sığorta" ASC adlandırılır. Nizamnamə kapitalı 14 milyon 770 min olan şirkətin qanuni təmsilçisi isə İmanov Niyazi Cavanşir oğludur.

Cari ilin iyul ayında Mərkəzi Bankın apardığı monitorinq zamanı sözügedən sığorta şirkətində müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Buna görə də tənzimləyici tərəfindən şirkətə icrası məcburi sərəncam verilib.

Seçilən
51
teleqraf.com

1Mənbələr