
“Liviya Baş Qərargah Rəhbəri general Məhəmməd Haddad və onunla birgə 4 nəfərin qəzaya düşdüyü təyyarənin qara qutusu tapılıb”.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“Qara qutunun araşdırılması və qiymətləndirilməsi prosesləri müvafiq qurumlar tərəfindən başlanıb", - deyə nazir vurğulayıb.
Yerlikaya, Liviya nümayəndə heyətini daşıdığı bildirilən təyyarənin texniki nasazlıq barədə məlumat verdikdən sonra qəzaya uğradığını bildirib.
Daşqın Həsənov Missiya.Az