ain.az, Sherg.az portalına istinadən məlumat verir.
“Gələn ilin əvvəli Ermənistanda ABŞ siyasətinin həyata keçirilməsi baxımından son dərəcə aktiv olacaq”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.
“Məndə olan məlumata görə, fevralda çox yüksək vəzifəli bir məmurun səfəri gözlənilir. Prezident Donald Trampın yolunun da rəsmi olaraq açıla biləcəyini istisna etmirəm. Bu fonda səfirin geri çağırılması ilə bağlı məlumatlar xüsusi maraq doğurur.
Səfirin yüksək vəzifəli məmurun səfəri zamanı fəaliyyətini davam etdirib-etdirməyəcəyini, yoxsa onun yerinə müvəqqəti işlər vəkili təyin ediləcəyini anlamaq mənim üçün son dərəcə vacibdir, çünki belə qısa müddətdə yeni səfirin təyin olunma ehtimalı demək olar ki, sıfırdır”, - ekspert bildirib.
Sərkisyan xatırladıb ki, indiyədək Ermənistanda səfərdə olan ən yüksək vəzifəli ABŞ rəsmisi Nümayəndələr Palatasının spikeri və dövlət katibi olub:
“Məlumata görə, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2026-cı ilin fevralında Ermənistana səfər edəcək. Səfər filminin (Zəngəzur dəhlizinin) təməlqoyma mərasiminin Mehridə (Qərbi Zəngəzurda) keçirilməsi gözlənilir”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.