AZ

Qazaxıstanda Azərbaycanın genişmiqyaslı islahatları böyük diqqət və maraqla izlənilir

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Yemur Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, müstəqilliyin ilk illərindən etibarən Qazaxıstan Azərbaycanla həqiqi dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına prioritet əhəmiyyət verib. "Bu kurs bu gün də öz aktuallığını qoruyur və qarşılıqlı faydalı əməkdaşlığın konkret nəticələri ilə təsdiqlənir. Bu gün Qazaxıstan vicdan azadlığının təmin olunduğu, dinlərarası razılaşmanın ictimai sülhün və milli birliyin əsasını təşkil etdiyi polietnik və çoxkonfessiyalı bir dövlətdir. Dövlətin dünyəvi quruluşu - Qazaxıstan xalqının mühüm tarixi nailiyyətidir. Qazaxıstan Respublikasında dini azadlığın inkişafı zəngin mənəvi irsə, dinlərarası dialoq və qarşılıqlı hörmətin çoxəsrlik ənənələrinə əsaslanan özünəməxsus yolla həyata keçirilir. Bu prinsiplər əsasında ölkəmiz beynəlxalq ictimaiyyət tərəfindən tanınan öz dövlət və konfesiyalar arasında münasibətlər modelini formalaşdırıb". AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
azvision.az

4Mənbələr