AZ

Ucarda sahibsiz itlərin qapdığı şəxsin axırı nə oldu? KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

TƏBİB Ucarda sahibsiz itlərin hücumuna məruz qalan şəxsin vəziyyəti açıqlayıb.

KONKRET.az xəbər verir ki, 61 yaşlı Rəhman Əsgərov Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhunə peyvənd olunub.

Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Xatırladaq ki, hadisə Ucarın 28 May küçəsində qeydə alınıb.

Yaşadığı binanın həyətində sahibsiz itlərin hücumuna məruz qalan 61 yaşlı Rəhman Əsgərov müxtəlif xəsarətlər alıb. Ətrafdakı sakinlərin ilkin yardımından sonra onu xəstəxanaya aparıblar. (yeni sabah)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
2
konkret.az

3Mənbələr