AZ

Sabir Rüstəmxanlı sədr SEÇİLDİ

Sabir

Azərbaycan Yazıçılar Birliyinin katibliyinin iclası keçirilib.Ulusum.az xəbər verir ki, bu barədə AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.İclasda bir neçə qərar qəbul edilib.Katibliyin qərarı ilə Güney Azərbaycan ədəbiyyatı komissiyasının yeni tərkibi formalaşdırılıb. Xalq şairi Sabir Rüstəmxanlı sözügedən komissiyanın sədri, şair Həmid Herisçi sədrin müavini, Pərvanə Məmmədli isə komissiyanın katibi təyin edilib.Qeyd edək ki, bu qərara qədər Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri şair Sayman Aruz idi. Sayman Aruz AYB-nin sədri, Xalq yazıçısı Anarın müşaviri vəzifəsində qalıb.Xatırladaq ki, bir müddət əvvəl bir sıra Güney azərbaycanlı qələm adamlarının Sayman Aruzla bağlı narazılıqları və Xalq yazıçısı Anara ünvanlanan, bu narazılıqları özündə ehtiva edən müraciətləri mediada yayılmışdı. R.Daşdəmirova

Diqqət Çəkənlər

Özbəkistanda Azərbaycan mətbəxinin dadını hiss etmədən dönmək olmaz VİDEO

Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb VİDEO

ABŞ-da qocalar evində partlayış olub, 2 nəfər ölüb VİDEO

Seçilən
24
20
ulusum.az

10Mənbələr