“Hazırda danışıqlar masasında dörd sənəd var:20 bəndlik sülh planı, çoxtərəfli təhlükəsizlik zəmanətləri, ABŞ-dən xüsusi təhlükəsizlik zəmanətləri və sülhün bərqərar olmasından sonra iqtisadi artım və rifahın təmin edilməsi planı”,- Uitaker bildirib.
Onun sözlərinə görə, bu sənədlərin hamısı real vaxt rejimində müzakirə olunur və Vaşinqton indi Ukraynanın nə istədiyini yaxşı başa düşür.
Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, Kiyev Vaşinqtonla davamlı qarşılıqlı əlaqəni saxladığını və sülh sazişi üzərində işi davam etdirməyi səbirsizliklə gözlədiyini bildirib.

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Baş Qərargah rəisi Andrey Qnatovun ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə görüşlərinin yekunlarına dair təqdim etdikləri hesabat barədə öz Yelegram-kanalında məlumat paylaşıb.
- Biz Amerika ilə daim əlaqə saxlayırıq və gələcək işi səbirsizliklə gözləyirik. Biz hiss edirik ki, Amerika yekun razılaşmaya nail olmaq istəyir və biz tam əməkdaşlıq edirik. Ukrayna heç vaxt sülhə maneə olmayıb və olmayacaq”, - Ukrayna lideri vurğulayıb.
Zelenski həmçinin qeyd edib ki, Ukrayna tərəfi sənədlərin hazırlanması üzərində fəal işləyir, onların praktikliyi və mümkünlüyünə xüsusi diqqət yetirir.
Ukrayna prezidentinin iddiasına görə, əsas odur ki, Rusiya bu diplomatiyanı pozmasın və müharibənin bitməsinə 100% ciddi yanaşsın. Əks halda, Rusiyaya əlavə təzyiqlər olmalıdır. Moskvaya qarşı təzyiqin işləməsini və sülhün hökm sürməsini təmin etmək üçün isə dünya bütün vasitələrə malikdir.
Sahil İsgəndərov
AzVision.az