Bakı. Trend:
"Baku Network" ekspert platformasında “Tofiq Abbasovla Dialoq”analitik verlişinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verirki, verlişin bu dəfəki qonağı Azərbaycan Milli ElmlərAkademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru,professor İlham Məmmədzadə olub.
Verlişin gedişində Tofiq Abbasov və İlham Məmmədzadə CənubiQafqazda sülh prosesisinin yaratdığı perspektivləri, Ermənistandakıdaxili siyasi vəziyyəti, regionda tam sabitliyə töhfə verən və yaəksinə, əngəl yaradan amilləri, eləcə də dini institutların rolunumüzakirə ediblər.
İlham Məmmədzadə qeyd edib ki, yekun və geridönülməz sülhünbərqərar olması labüd prosesdir, lakin bu yola gedən yol zaman vəsəbir tələb edir. Onun sözlərinə görə, Ermənistanın məğlubiyyəticəmiyyət daxilində parçalanmaya gətirib çıxarıb və sülh prosesinətəhlükə yaradan revanşist dairələrin fəallığı hələ dəqalmaqdadır.
Proqram zamanı Ermənistan Apostol Kilsəsinin roluna xüsusidiqqət yetirilib. Professor vurğulayıb ki, kilsə tarixən yalnızdini deyil, həm də siyasi funksiyalar yerinə yetirib, əhəmiyyətliresurslara malik olub və xaricdəki diasporlara ciddi təsirgöstərib. Onun fikrincə, kilsə strukturlarının bir hissəsirevanşist əhval-ruhiyyəni və sülh təşəbbüslərinə müqavimətidəstəkləməklə hələ də sabitliyi pozan amil olaraq qalır.
Ermənistan rəhbərliyindən danışan professor bildirib ki, daxilivə xarici təzyiqlərə baxmayaraq, Baş nazir Nikol Paşinyan müsbətdəyişikliklər və sülh prosesinin irəliləməsi ilə bağlı əsas fiqurolaraq qalır. Bununla yanaşı, o, rəsmi İrəvanın mövqeyindəziddiyyətlərin olduğunu vurğulayıb: regional kommunikasiyalarınəhəmiyyəti barədə bəyanatlar tez-tez onların bloklanmasına yönəlmişpraktik addımlarla müşayiət olunur.
Verilişdə regional nəqliyyat-logistika layihələrinin, o cümlədənZəngəzur dəhlizinin əhəmiyyəti ayrıca müzakirə edilib.Məmmədzadənin sözlərinə görə, bu təşəbbüslər obyektiv olaraqregionun bütün ölkələri, eləcə də Ermənistan üçün faydalıdır,onlara qarşı müqavimət isə çox vaxt xarici oyunçuların təsiri vədaxili revanşist qrupların mövqeyi ilə şərtlənir.
Professor həmçinin xatırladıb ki, Azərbaycan iqtisadiyyat,energetika və humanitar əməkdaşlıq sahəsində praqmatik təşəbbüslərisuverenlik məsələlərində qəti mövqe ilə birləşdirərək sülhprosesinə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir.
“Tofiq Abbasovla dialoq” proqramının tam versiyasını "BakuNetwork" platformasının resurslarından izləmək mümkündür.