AZ

İranın  BMT-dəki nümayəndəsi: “Uranı zənginləşdirmək bizim hüququmuzdur”

Vətəninfo.az xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, İslam Respublikası istənilən ədalətli və mənalı danışıqları alqışlayır, lakin “sıfır zənginləşdirmə” siyasətində israr etmək Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzvlərinin qanuni hüquqlarına ziddir.
Əvvəlcədən müəyyən edilmiş siyasətlərin zorakı tətbiqi ədalətli danışıqlar demək deyil və İran təzyiq və hədə-qorxuya təslim olmayacaq, beynəlxalq aləmdə təhdid və şantaj olunmasına imkan verməyəcək.

Morqan Ortaqus  Donald Trampın hər iki prezidentlik müddəti ərzində ABŞ-nin Tehrana diplomatik yol açdığını qeyd edərək, İranın nümayəndəsinə Vaşinqtonun əsas mövqeyinin İran daxilində hər hansı bir zənginləşmənin qarşısını almaq olduğunu vurğulayaraq xəbərdarlıq tonu ilə Səid İrəvaniyə diplomatik təklifləri görməməzlikdən gəlmək əvəzinə, “əlini oda tutmaqdan” uzaq durmağı və Trampın Tehrana uzatdığı diplomatik əlini qəbul etməyi tapşırıb.

Seçilən
34
veteninfo.az

1Mənbələr