AZ

Bakının 10 qəsəbəsində yaşayanlara VACİB XƏBƏR

Ramana, Şüvəlan, Şağan, Bilgəh, Goradil, Badamdar, Binə, Novxanı, Zabrat, Buzovna qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.

Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, ADSEA tərəfindən su və tullantı su təchizatı infrastrukturunun tam təminatı və müasir tələblərə uyğunlaşdırılması məqsədilə mütəmadi olaraq mərhələli şəkildə yenidənqurma və bərpa işləri aparılır. Hazırda həm içməli su, həm də tullantı su təchizatı sahəsində bir sıra irihəcmli layihələr icra olunur:

"Hazırda Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərin və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi- layihəsi, "Ağ Şəhər", Sumqayıt şəhəri "Acı dərə" kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi, Ramana, Şüvəlan, Şağan, Bilgəh, Goradil, Badamdar, Binə, Novxanı, Zabrat, Buzovna qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihələri çərçivəsində yeni içməli su və tullantı su təchizatının qurulması istiqamətində tikinti quruculuq işləri plan üzrə müntəzəm davam etdirilir layihələrin icrası yekunlaşdıqdan sonra ərazilərdə əhalinin içməli su ilə təminatı və tullantı sularının kənarlaşdırılması mövcud normativ, standartlara uyğun və dayanıqlı şəkildə həyata keçiriləcək".

Həmçinin ADSEA tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədilə bir sıra digər irihəcmli layihələr icra olunur.

"Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunur. Bu layihələrin icrası isə tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq", - deyə məlumatda vurğulanıb.

Banu Hüseynli

Seçilən
18
1
far.az

2Mənbələr