AZ

“Sabah”ın sabiq baş məşqçisi ən yaxşı seçildi

Rusiyanın nüfuzlu “Sport Ekspress” nəşri “Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar” klubunu çalışdıran Murad Musayevi ölkənin ən yaxşı idman məşqçisi seçib.

Msport.az xəbər verir ki, ikinci yerə “Baltika” futbol klubunun baş məşqçisi Andrey Talalayev, üçüncü yerə isə Rusiyanın MOİK hokkey klubunun baş məşqçisi İqor Nikitin layiq görülüb.

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin siyahıda 8-12 yerlərlərdə qərarlaşıb.

Qeyd edək ki, “Krasnodar” Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olub. Mütəxəssis 2021-24-cü illərdə “Sabah”a baş məşqçilik edib.

Seçilən
6
1
msport.az

2Mənbələr