İstanbul Respublika Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün çağırılan və daha sonra Məhkəmə Tibbi Ekspertiza İnstitutuna qan və saç nümunələri təqdim edən Sadettin Saranın saç nümunələrində “kokain” aşkarlandığı məlum olub.
Milli.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə Bürosu tərəfindən aparılan narkotik istintaqı davam edir.
Xatırladaq ki, “Narkotik maddələrin təmin edilməsi” və “narkotik maddələrin istifadəsinə kömək etmək” cinayətləri ilə bağlı istintaq başlanan “Fənərbağça” İdman Klubunun prezidenti Sadettin Saran dekabrın 20-də Çağlayandakı İstanbul Məhkəməsində dövlət prokuroruna ifadə verib.