Daxili İşlər Nazirliyinin (DİN) rəsmi mətbuat orqanı olan “Polis” qəzetinin redaktoru, polis polkovniki Hafiz Təmirov işdən çıxıb.
News365.az xəbərverir ki, o, başqa vəzifəyə keçib.
Hazırda qəzet DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin rəhbərliyi ilə dərc olunur.
Qeyd edək ki, “Polis” qəzetində redaktor baş redaktor funksiyasını yerinə yetirir.