AZ

“Fənərbağça”nın prezidentinin narkoloji testi pozitiv çıxdı

Narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Fənərbağça” klubunun prezidenti Sadəttin Saranın saç nümunəsində kokain izlərinə rast gəlinib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məhkəmə-Tibb İnstitutunun hesabatı artıq İstanbul Baş Prokurorluğuna təqdim edilib.

Qeyd edək ki, Türkiyədə istintaq çərçivəsində Sadəttin Saranla yanaşı, bir sıra sənət adamları da saxlanılıb.

Seçilən
46
adalet.az

1Mənbələr