AZ

Ankarada qəzaya uğramış Liviya təyyarəsinin "qara qutu"su tapılıb

Bakı. Trend:

Ankarada qəzaya uğramış Liviya ordusunun qərargah rəisininolduğu təyyarənin qara qutusu aşkarlanıb.

Trend xəbər verirki, bu barədə qəza yerinə baxış keçirmiş Türkiyə DİN rəhbəri ƏliYerlikaya jurnalistlərə açıqlamasında bildirib.

“"Qara qutu" çərşənbə günü yerli vaxtla 03:45-də (Bakı vaxtı ilə04:45) tapılıb. Hazırda hərtərəfli araşdırma aprılmaqdadır, onunnəticələri yaxın günlərdə məlum olacaq”, - deyə daxili işlər naziribildirib.

Nazirin sözlərinə görə, Məhəmməd Əl Həddadın göyərtəsində olduğu“Falcon 50” təyyarəsi yerli vaxtla 20:17-də Esenboğan aeroportundanqalxıb. Saat 20:32-də ekipaj üzvləri göyərtədə fövqəladə vəziyyətləbağlı xəbərdarlıq verərək, geri döndüklərini bildiriblər. 4dəqiqədən sonra isə təyyarə ilə rabitə kəsilib. Təyyarənindağıntıları 22:00 (Bakı vaxtı ilə 23:00) Ankara vilayətinin Haymanrayonunun ərazisində tapılıb. Qəzaya uğramış təyyarəningöyərtəsində səkkiz nəfər olub.

Məqalədə:
Seçilən
42
1
az.trend.az

2Mənbələr