AZ

Məcnun Məmmədovun Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Sabirabadda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə "Far.Az"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, M. Məmmədovun dekabrın 26-da bu rayonda keçirəcəyi vətəndaş qəbulunun vaxtı yanvarın 9-na dəyişdirilib.

Vətəndaşlar əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.

Seçilən
49
2
far.az

3Mənbələr