Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə ötən dövrdə 60 uşaq verilib. Bu barədə agentlikdən bildirilib.
Uşaqlardan 36-sı qız, 24-ü oğlandır. Onlardan 28 nəfəri 6 yaşadək, 26 nəfəri 7-13 yaş, 6 nəfəri isə 14-18 yaş aralığındadır.
Uşaqlardan 31-i Bakı, 29-u isə rayonlardakı himayədar ailələrdə yaşayır.
Rayonlara paylanma belədir:
Ağcabədi – 1, Biləsuvar – 1, Cəlilabad – 1, Gəncə – 3, Göyçay – 1, Göygöl – 3, Xaçmaz – 2, Lənkəran – 4, Şamaxı – 1, Şəki – 1, Şəmkir – 4, Zaqatala – 1, Astara – 1, Zərdab – 1, Oğuz – 3, İmişli – 1.
Qanunvericiliyə uyğun olaraq uşaqları himayəyə götürən şəxslərlə müqavilələr imzalanıb.
Nazirlik bildirir ki, “Himayədar ailə” modeli uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsini və inkişafını təmin edir.
Gülnar