AZ

Tramp 3 telekanalı kəskin tənqid edib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Amerikanın bir neçə telekanalını kəskin tənqid edərək, onların xəbər və əyləncə proqramlarının özünə və Respublikaçılar Partiyasına qarşı mənfi rəy yaratdığını bildirib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə özünün sosial media hesabında yazıb. “Əgər televiziyaların xəbər buraxılışları və axşam şouları Prezident Donald Trampa, MAGA hərəkatına (Make America Great Again) və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100 faiz mənfi rəy yaradırsa, onların son dərəcə bahalı yayım lisenziyaları ləğv edilməməlidir? Mən bəli deyərdim!”, - deyə Donald Tramp vurğulayıb.

O, həmçinin CBS, ABC və NBC telekanallarının əyləncə proqramlarının aparıcılarını tənqid edərək, onları “istedad çatışmazlığı, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər” birləşdirdiyini yazıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
3
azertag.az

4Mənbələr